Prokurorluq dünya çempionu ilə bağlı məhkəməyə müraciət etdi


Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan qərardan prokuror tərəfindən kasassiya protesti verilib. 

Prokurorluq U.Orucova daha ağır cəza verilməsini tələb edir.

Cinayət işi Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq. 

Qeyd edək ki, ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

Xatırladaq ki, kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı Urxan üç qat dünya, səkkiz qat Azərbaycan çempionudur.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top