Venesuala bankı 20 ton qızılı Rusiyaya aparmağa çalışır


Venesuela Mərkəzi Bankı ölkədən təqribən 20 ton qızılı Rusiyaya çıxarmağa çalışır.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, Venesuela Milli Assambleyası Mərkəzi Bankın əməkdaşlarından bu informasiyanı şərh etməyi tələb ediblər. Assambleyanın məlumatında deyilir: “Biz bütün detalları açıqlamağı tələb edirik. Bu, Kaliksto Orteqanın (Mərkəzi Bankın sədri) qızılı deyil. O, xalqa məxsusdur”. Deputatlar qeyd ediblər ki, qızılı Karakasdan Moskvaya aparmalı olan təyyarə artıq ölkədədir.

DİGƏR XƏBƏRLƏR

Top