Yol polisi uniforması ilə dayanacağa nəzarət - VİDEO


Sosial şəbəkələrdə yol polisinin uniformasını geyinən bir şəxsin dayanacağa nəzarət etməsini əks etdirən şəkillər yayılıb.

Yeniavaz.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, görüntülər Abşeron rayonu ərazisində çəkilib və sosial şəbəkələrdə paylaşılıb. Əynində yol polisinin uniforması olan şəxs dayanacağa nəzarət edir. Sarı formanın arxasındakı YPX yazısını görənlər isə çaş-baş qalıb. Mütəxəssislər isə bunun xoşagəlməz hal olduğunu bildirir. Amma bu şəxs həmin formadan istifadə edərək gəlir əldə etmədiyindən onun hər hansı formada cərimələnməsi mümkün deyil. Polisdən verilən məlumata görə isə artıq həmin forma o şəxsdən alınıb və müəyyən edilib ki, həmin şəxs psixi qüsurludur. Onun yol polisinin uniformasını necə əldə etməsi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top