Balakəndə iki yaşlı körpə göldə boğulub


Balakən rayonunda iki yaşlı körpəgöldə boğulub.

Hadisə Yeni Şərifkəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayevababasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış süni gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top