Bu ölkədə təbii fəlakət nəticəsində 68 nəfər dünyasını dəyişib


İndoneziyanın Mərkəzi Sulavesi əyalətində daşqın və sürüşmə nəticəsində azı 68 nəfər ölüb, daha 47-si yaralanıb. “Bunu ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho deyib. Daşqınlara davamlı yağışlar səbəb olub. Buna görə əyalətin inzibati mərkəzi olan Makasara şəhərindən 30 km aralıda yerləşən bəndi açmaq məcrubiyyəti yaranıb. Daha əvvəl daşqınlar nəticəsində 26 nəfərin öldüyü məlum idi. (Report)

DİGƏR XƏBƏRLƏR

Top