Turist Azərbaycana tək təkərli velosipedlə gəlib - FOTO


Gürcüstandan başlayıb, Yaponiyada dayanacaqlar. Yeniavaz.com xəbər verir ki, velosipedlə səyahətə çıxan turistlər 2020-ci ildə Avrasiya turunu başa çatdırmağı düşünürlər. Rusiya və Gürcüstan vətəndaşları olan səyahətçilər uzun yolda maraqlı görünüşlü, tək təkərli velosipeddən də istifadə edirlər. Yevlaxdan Mingəçevir istiqamətində hərəkət edən velosipedçi Robert Markov tək təkərli minik vasitəsinin daha rahat idarə edildiyini bildirib. Digər velosipedə Azərbaycan bayrağını asan gürcüstanlı turist isə, burada maraqlı məkanların çox olduğunu və ölkəmizin xeyli inkişaf etdiyini bildirib.
Turistlər Mingəçevirdən keçərkən bizimlə bir neçə dəqiqəlik həmsöhbət oldular. Onlar bizə bildirdilər ki, bu, ölkəmizə ilk səfərləri deyil: “Burada çoxlu dostlarımız var. Burada bizi ən çox valeh edən bu millətin qonaqpərvərvərliyidir”.
50 ölkəni gəzməyi planlaşdıran turistlər ölkəmizdə Mingəçevir, Qəbələ, Şamaxı şəhərlərinin ardından, paytaxt Bakıda olmağı düşünürlər.
Rusiya və Gürcüstan vətəndaşları səyahətlərini 2020-ci ildə gündoğar ölkə, Yaponiyada tamamlayacaqlar.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top