3 Avropa ölkəsindən Venesuela açıqlaması


Almaniya, Fransa və İspaniya Venesueladakı vəziyyət barədə açıqlama verib.

3 ölkə Venesuelada yeni seçkilər keçirilməsə, Nikolas Maduronun rəhbərlik etdiyi hakimiyyəti tanımayacaqlarını açıqlayıb. Almaniya, İspaniya və Fransa 8 gün ərzində yeni seçkilərin keçirilməsini tələb edərək, əks təqdirdə özünü müvəqqəti prezident elan edən Xuan Quaydonu Venesuela rəhbəri kimi qəbul edəcəklərini bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası bu gün Venesueladakı vəziyyəti müzakirə edəcək.(qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top