Venesuela müxalifətinin lideri xaricdən hərbi kömək istəyəcəkmi?


Venesuelada növbədənkənar seçkilər 6-9 aydan sonra  və ya daha tez tarixdə keçirilməlidir, ölkədəki münaqişəni isə venesuelalıların özləri həll etməlidirlər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Milli Assambleyanın sədri Xuan Quaido deyib. Onun sözlərinə görə, seçkilər qısa müddət ərzində keçirilməlidir: “Lakin bundan əvvəl tezliklə seçki sistemini sağlamlaşdırmaq lazımdır ki, bir seçici və bir səs olsun”. X. Quaido ölkdə vəziyyət müxalifətin xeyrinə cərəyan etməyəcəyi təqdirdə, digər dövlətlərdən hərbi yardım istəmə imkanına da münasibət bildirib: “Venesuela suveren ölkədir və münaqişəni venesuelalılar həll etməlidirlər. Lakin humanitar böhran baş verir və hər gün uşaqlar ölürlər, bu böhranın və münaqişənin tez həll olunması lazımdır”. O, müxalifətin Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlara hazır olmadığını təkrarlayıb: “Çünki hakimiyyət dəfələrlə etdiyi kim vaxt udmağa çalışır. Siyasi münaqişənin real həlli üçün yeganə mümkün bənd var, o da azad seçkilərdir”.

DİGƏR XƏBƏRLƏR

Top