Üzərində Atatürkün portreti olduğu avrolar çap edildi


Avropa Mərkəzi Bankı (ECB) üzərində Atatürkün portreti olan avro əskinasları çap edib. Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bu pullar numizmat Özgür Honaşın iş yoldaşları ilə birlikdə apardığı çalışmalar nəticəsində ərsəyə gəlib. Atatürkün təsviri olan avrolar Türkiyənin tanıdılması və marka dəyərini ön plana çıxarmaq məqsədilə turizm sahəsində və xatirə üçün istifadə ediləcək. Bu pullar tədavüldə istifadə olunan avroyla eyni keyfiyyət və özəlliklərə malikdir. Pulun turizm məqsədilə istifadə ediləcəyini diqqətə çatdıran  Ö. Honaş bildirib ki, bu, bir növ xatirə puludur: “Müxtəlif dövlətlərdə ölkələrinin tanıdılması məqsədi ilə bunun kimi tədbirlər görülür. Biz də Atatürk temalı para çap etmək istədik. Bu cür 5 min ədəd pul çap edilib və daha çap olunmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top