"Facebook"un sahibi Mark Zukerberq lazer silahından istifadə edir


"Tvitter" sosial şəbəkəsinin qurucusu və rəhbəri Cek Dorsi "Rolling Stone" jurnalına verdiyi müsahibədə "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq haqqında maraqlı açıqlama verib. Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, "Tvitter"in qurucusu müsahibə zamanı Mark Zukerberqin lazer silahından istifadə edərək keçini öldürdüyünü deyib. Cek Dorsi bunu jurnalın əməkdaşı tərəfindən verilən "Zukerberqlə ən unudulmaz görüşünüz hansıdır?" sualına cavab verərkən bildirib.
"Tvitter"in qurucusu bildirib ki, Mark Zukerberq onu axşam yeməyinə dəvət edib və bu zaman saxladığı keçilərdən birini lazer silahı ilə vurub, daha sonra bıçaqla öldürüb.
Məlumat üçün bildirək ki, Mark Zukerberq 2011-ci ildə mətbuata verdiyi açıqlamada qeyd edib ki, o yalnız özü tərəfindən kəsilən heyvanın ətini yeyir. Bu məqsədlə Mark Zukerberqin keçi saxladığı bildirilir.

 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top