Maduronu qorumaq üçün 400 rusiyalı muzdlu Venesuelaya yollanıb

 
Rusiyanın özəl hərbi şirkətinin döyüşçüləri Venesuela Prezidenti Nikolas Maduronu mühafizə etmək üçün bu ölkəyə uçublar. Yeniavaz.com-un məlumatına görə, bunu həmin döyüşçülərə yaxın olan iki mənbə “Reuters” agentliyinə deyib. Onlar dəqiqləşdiriblər ki, bu, son bir neçə gün ərzində baş verib. Agentliyin özəl hərbi şirkətlərə yaxın daha bir mənbəyi təsdiq edib ki, onların bir kontingenti Venesueladadır, lakin onların bu ölkəyə nə vaxt və hansı məqsədlə gəldiklərini deyə bilməyib.
 
Ümumrusiya zabit yığıncağı komitəsinin sədri, kazak cəmiyyətinin atamanı Yevgeni Şabayev agentliyə bəyan edib ki, Venesuelaya 400 rusiyalı yollanıb, lakin agentliyin digər mənbələri bildirərlər ki, söhbət hərbçilərdən ibarət kiçik qruplardan gedir. Y.Şabayev bəyan edib ki, hərbçilər Venesuelaya cari həftənin əvvəli, Venesuela müxalifərinin kütləvi etirazları başlamazdan 1-2 gün əvvəl uçublar.
 
Onun məlumatına görə, muzdlular iki çarter təyyarəsi ilə Havanaya (Kuba) uçublar, oradan isə müntəzəm kommersiya reysləri ilə Venesuelaya çatıblar. Y.Şabayev iddia edir ki, hərbçilərin vəzifəsi N. Maduronun təhlükəsizlik qüvvələrinin içərisindəki müxalifət tərəfdarlarının onu tutmaq cəhdlərinin qarşısını almaqdır.  “Reuters”in məlumatına əsasən, həmin rusiyalıların “Vaqner” özəl hərbi şirkəti ilə bağlantıları var. Şirkətin döyüşçüləri keçmiş hərbçilərdir və Suriya ilə Ukraynada Rusiya qoşunlarının tərəfində gizlincə iştirak edirlər. 

DİGƏR XƏBƏRLƏR

Top