Keçmiş məhkum bu dəfə 9 kq narkotiklə tutuldu


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Yuxarı Ağalı kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Pərviz Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Xalıqov saxlanılıb. Saxlanılarkən P.Hüseynovun idarə etdiyi “Lada Priora” markalı avtomobilə baxış keçirilən zaman oradan 8 kiloqram 485 qram narkotik maddə tiryək və 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top