Paşinyan: Nə Əliyev, nə də mən nəticə gözləmirdik

 
Vətəndaşlara Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə danışıqların bütün detalları maraqlıdır, lakin hər şeyi danışmaq qeyri-etikdir.
Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib: “Jurnalistlər üçün bizim nə danışdığımız çox maraqlıdır, lakin etik baxımından bu qəbuledilməzdir”. Bununla belə, N. Paşinyan qeyd edib ki, danışıqların mahiyyət etibarı ilə konkret nəticələri yoxdur, çünki bu, sadəcə ünsiyyət olub: “Düşənbədə isə konkret nəticələr olub. Nə  Əliyev, nə də mən nəticə gözləmirdik. Əlbəttə ki, Qarabağ münaqişəsi problemindən danışdıq. Faktiki olaraq bu, danışıqlar olmayıb, qeyri-rəsmi ünsiyyətiydi”.
O əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərləri problemə öz baxışları, iki ölkənin bu məsələləri necə qəbul etdiyi barədə söhbət açıblar: “İlham Əliyevlə yalnız Ermənistanın adından danışmışam. Mən “Artsax”ı təmsil edə bilmərəm”.

DİGƏR XƏBƏRLƏR

Top