NASA əməkdaşları tualet təmizləyəcək


ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Texas  ştatının Ostin şəhərində yerləşən Conson Kosmos Mərkəzində tualetlərin qapısına, cümə günündən etibarən təmizlik işçilərinə maaş verilməyəcəyi, ona görə də NASA əməkdaşlarının tualetləri könüllü təmizləməli olduqlarını bildirən elan asılıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-da hökumətin bağlanmasının 34-cü günündə NASA əməkdaşlarına bildirilən elan, dövlət işçilərinin yaşadığı çətinlikləri göz önünə sərib.

 Sözügedən elanı Tvitter səhifəsində yayan NASA əməkdaşı Elizabet Blom bu sözlərə yer verib: “Conson Kosmos Mərkəzində biz bu vəziyyətdə işləyirik. Biz NASA-nın fəaliyyətini davam etdirmək üçün pulsuz işləməyi qəbul etdik, amma tualet təmizləməyə niyyətimiz yoxdur”.

Qeyd edək ki, Tramp, ABŞ-ın Meksika sərhəddinə 5,7 milyard dollara başa gələcək sədd çəkilməsini istəmiş, Demokrat Partiyasının millət vəkilləri isə buna icazə verməyəcəklərini bildirmişdilər. Bu səbəblə büdcə təsdiq edilmədiyi üçün 34 gündür ki, hökumət bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top