Rəsulzadənin yeni barelyefi - FOTO


Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məmmədəmin Rəsulzadənin oğurlanan barelyefinin yerinə yeni lövhə vurulub.
Yeniavaz.com xəbər verir ki, yeni lövhənin şəkillərini sosial şəbəkə istifadəçilər artıq paylaşıblar.
Xatırladaq ki, Yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi Məmmədəmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.

Barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top