Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa etdilər


Xilasedicilər İngiltərənin "Kardiff Siti" klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.

Onlar bəzi qalıqlar tapıb, lakin bunun oyunçunun yer aldığı təyyarəyə aid olub-olmadığını müəyyənləşdirməyiblər. Xilasedicilər bu gün sahil axtarışlarına yönəldiləcəklər.
Qeyd edək ki, Fransanın "Nant" klubundan "Kardiff Siti"yə keçən Emiliano Sala yanvarın 22-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib. (report)

DİGƏR XƏBƏRLƏR

Top