“Renault-Nissan-Mitsubishi”nin rəhbəri istefa verdi


Yaponiyada həbs edilən “Renault-Nissan-Mitsubishi” avtomobil alyansının direktorlar şurasının rəhbəri Karlos Qon vəzifəsindən istefa verib.

Bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer “Bloomberg Television”a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Qon öz postunu yanvarın 23-ü rəsmən tərk edib. Bildirilir ki, bu gün şirkət iclas keçirərək boş qalan vəzifəyə Mişelin Jan-Dominik Senarın gətirilməsini müzakirə edəcək.

Xatırladaq ki, 64 yaşlı Karlos Qon maliyyə gəlirini gizlətməkdə şübhəli bilindiyi üçün ötən ilin noyabrında könüllü olaraq Tokio prokurorluğuna gedərək təslim olub.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top