“Barselona” 75 milyona 21 yaşlı futbolçu aldı - FOTO

 
“Ayaks” klubunun və Hollandiya yığmasının yarımmüdafiəçisi Frenki de Yonq karyerasını “Barselona” komandasında davam etdirəcək. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər 21 yaşlı futbolçunun transferi barədə razılığa gəliblər.
 
Transfer 2019-cu il iyulun 1-də rəsmiləşəcək. Bunadək isə xavbek çıxışını “Ayaks”da davam etdirəcək. Sazişin məbləği 75 milyon avro təşkil edib. “Ayaks” sonradan F. De Yonqun “Barselona”da müxtəlif nailiyyətlərinə görə daha 11 milyon avro ala bilər. Hollandiyalının müqaviləsi 5 mövsüm – 2024-cü ilin yayınadək nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top