Müğənni Abbas Bağırov köməkçisinin həbs edilməsi xəbərindən DANIŞDI

Əməkdar artist Abbas Bağırovun köməkçisi Orxan Mirəliyev tərəfindən dələduzluğa məruz qalması barədə xəbər yayılıb. Yeniavaz.com xəbər verir ki, müğənni “Qafqazinfo”ya açıqlamasında yayılan məlumatı təkzib edərək, mövzu barədə çox danışmaq istəmədiyini bildirib:

“Orxan Mirəliyev əvvəllər mənimlə çalışıb. Ancaq xəbər yanlışdır. Yalan yazıblar, məndən bu barədə açıqlama almayıblar. Həmin xəbərdə fotom əks olunub. Əgər belə olursa, rəyimi də öyrənmək lazımdır. Zəng vurub soruşmurlar ki, bu söhbət var, ya yox? Əgər bir adamdan şikayətim yoxdursa və yaxud həmin şəxs mənə borclu deyilsə, bu, nəyə lazımdır? Belə şeylərlə reklam olmağı sevmirəm. Milləti yanlış xəbərlərə yönləndirirlər”. 

***
16:58
Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib. 

O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.

Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib. 

Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. 

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top