Dünyanın ən dəyərli 500 brendi AÇIQLANDI


2017-ci ildə olduğu kimi 2018-ci ildə də "Amazon" dünyanın ən bahalı brendi hesab olunur. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın tanınmış brend dəyərləndirmə və məsləhət şirkətlərindən olan "Brand Finance" tərəfindən aparılan araşdırmada yer alıb. "Brand Finance"nin açıqladığı "Global-500-2019" adlı hesabata görə, "Amazon" brendinin dəyəri 187,9 milyard dollara bərabərdir. Son bir ildə "Amazon"un dəyəri 24,6% artıb.
Bir il əvvəl olduğu kimi ötən ildə də dünyanın ən dəyərli brendləri arasında 2-ci sırada olan "Apple" qiyməti 5% bahalanaraq  153,6 milyard dollara yüksəlib. Dünyanın ən dəyərli 500 brendinin sıralandığı siyahıda 3-cü sırada yenə də "Google" yer alıb. Bu brendin dəyəri son bir ildə 18,1% artaraq 142,7 milyard dollara yüksəlib.
Bunlardan başqa ilk beşliyə sıralamadakı mövqeyini 2 pillə artıran "Microsoft" (119,6 milyard dollar) və 1 pillə geriləyən "Samsung" (91,3 milyard dollar) brendləri daxil olub.
"Facebook" brendi son bir ildə mövqeyini dəyişməz saxlayaraq 7-ci sırada qərarlaşıb. "Facebook" brendinin dəyəri isə 76,5 milyarddan 83,2 milyard dollara qalxıb.
Ümumiyyətlə "Global-500-2019" adlı hesabatda yer alan şirkətlərin ilk 10-luğunda 7 ABŞ şirkəti qərarlaşıb. 5-cü sırada Cənubi Koreyaya məxsus "Samsung" brendi, 8-ci və 10-cu sıraya isə Çinə məxsus "ICBC" ilə "China Construction Bank" brendləri daxil olub.
Bundan başqa ilk 10-luqda yer alan şirkətlərin 8-si İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT), 2-si isə bank sektorunda fəaliyyət göstərir.
"Global-500"a daxil olan şirkətlər arasında dəyəri ən ucuz olan Böyük Britaniyanın "Airlines" şirkəti olub - 3,7 milyard dollar.
 
 

DİGƏR XƏBƏRLƏR

Top