Azərbaycanda ödənişli əsgərlik ola bilərmi?


Bir müddət əvvəl Türkiyədə orduda xidmət üçün nəzərdə tutulmuş bədəlli əsgərlik, yəni müəyyən məbləğdə pul qarşılığında hərbi xidmətdən azad olunmaq haqqında qanun qəbul edilmişdi.
Türkiyə bu qanunu həddən çox hərbçinin büdcəyə təsirini və bəzi vətəndaşların müxtəlif səbəblərdən hərbi xidmət çəkmək istəməməsi səbəbindən qəbul etmişdi. Türkiyəyə qardaş ölkə olan Azərbaycanda isə indiki şəraitdə bədəlli əsgərlik keçmək heç də real  görünmür. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas mövzu ilə bağlı açıqlama verib. Deputat qeyd edib ki, Azərbaycanda bədəlli əsgərlik mümkün deyil, hər bir şəxs nəzərdə tutulmuş qaydada və vaxtda hərbi xidmət keçməlidir. Aqil Abbas bədəlli əsgərlik haqqında qanunun Türkiyənin ən böyük səhvi olduğunu da bildirib. (Baku.tv)

DİGƏR XƏBƏRLƏR

Top