Ağstafada yanğında xəsarət alan qadın öldü - Yenilənib


Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın ölüb.

Üç ailənin yaşadığı bir mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.(report)

19:50***
Ağstafa rayonunun Poylu kəndində güclü yanğın olub. Yüniavaz.com FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top