Ötən il Ukraynada ölüm doğum hallarını təxminən iki dəfə üstələyib. Nəticədə 2018-ci ildə ölkədə əhalinin sayı 210 min nəfərə yaxın azalıb.
Bu barədə Dövlət Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, ötən il hər 100 ölümə 58 doğuş qeydə alınıb.
2017-ci illə müqayisədə ötən ildə doğum halları 7 faiz azalıb. Belə ki, 2017-ci ildə ölkədə 335,5 min nəfər doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 312,6 min təşkil edib.
Qeyd edək ki, hazırda Ukraynanın əhalisi 42 milyon 177 min nəfərdir. (Azərtac)