Son 5 ildə Rusiyada bankların sayı 2 dəfə azalıb

 
Son 5,5 il ərzində Rusiyada fəaliyyət göstərən bankların sayı 2 dəfədən çox azalıb. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının statistik məlumatında deyilir.
 
Statistikaya əsasən, 2013-cü ilin iyulunda Rusiyada 894 bank olduğu halda, 2019-cu ilin əvvəlinə onların sayl 440-a düşüb. Təkcə 2018-ci ildə 77 bank fəaliyyətini dayandırıb.  Hərçənd 2004-cü il mayın 1-dən (1277 bank fəaliyyət göstərirdi) 2013-cü ilin ortalarınadək bankların sayında 383 azalma olub. 

DİGƏR XƏBƏRLƏR

Top