Bakıda özəl klinikada yanğın - VİDEO

Paytaxtın Nərimanov rayonunda özəl klinikalardan birində yanğın baş verib. Hadisənin görüntülərini Baku TV saytı yayımlayıb.

Bildirilir ki, yanğın “Oksigen” klinikasının yuxarı mərtəbələrində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, alovun qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top