Azərbaycanda bu kənddə gecə fənərsiz çölə çıxmaq qorxuludur... - FOTOLAR


Canvarlar kəndə hücum edib, 6 baş qoyunu parçalayıb, 2-ni yaralayıb. Gözü doymayan canlılar gecə saatlarında yenidən həmin ərazidə peyda olublar. Yeniavaz.com xəbər verir ki, hadisə Goranboyun Eyvazlılar kəndində, Elman Adıgözəlova məxsus təsərrüfatda baş verib.
Kənd sakini xırdabuynuzluları həyətyanı sahədən aparmağa gələn zaman, 2 canavarın qoyunlara hücum etdiyinin şahidi olub. Səs-küy edib onları ərazidən uzaqlaşdırsada, canavarlar ümumlikdə 8 baş heyvana zərər yetirib.
Kənd sakinlərinin sözlərinə görə, ərazidə canavarlar tez-tez gözə dəyir. Çəkiliş apardığımız zaman da canavarlar yenidən qoyunları parçaladıqları əraziyə “ov” dalınca gəlmişdilər.
Sakinlər deyir ki, kəndə əvvəllər çaqqallar da hücum edib. Odur ki, onlar gecə çölə fənərsiz çıxmağa qorxduqlarını bildirirlər.
"Fənər olanda heç olmasa, canavarlar bir az qorxur, bizə nə isə yaxınlaşanda görə bilirik, yoxsa qəfil üstümüzə atılsa, gec olacaq",-deyə sakinlər vurğulayıblar.
Qış aylarında vəhşi heyvanlar kəndlilərə daha çox ziyan vursalarda, onları məhv etmək qanunla qadağandır. Yerli sakinlər elə bu səbəbdən canavarların hücumu qarşısında aciz qalıblar.
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top