Bakıda məktəbin damını külək aşırıb: "Yaxşı ki, dərs yox idi" - FOTOLAR


Bakının Sabunçu rayonunda yerləşən 188 saylı orta məktəbin dam örtüyünü külək dağıdıb. 

Yeniavaz.com xəbər verir ki, dağıntı bu gün təxminən saat 16:30 radələrində qeydə alınıb.

Məktəbin direktoru Sabir Mahmudov AFN.az saytına açıqlamasında faktı təsdiqləyib.

Direktor bildirib ki, hadisə baş verən vaxt məktəbdə özü və təsərrüfat müdiri olub: “Şükür ki, heç kimə xəsarət dəyməyib. Hörmətli təhsil nazirimiz Ceyhun Bayramov vaxtında dərslərin təxirə salınması haqda əmr imzaladı. Əgər həmin vaxt dərs olsaydı, böyük faciə yaşana bilərdi. Uşaqların dərsdən çıxan vaxtı idi. Hadisə də elə yerdə baş verib ki, dərsdən çıxan şagirdlər həmin yerdə toplaşırlar. Bu baxımdan, sevindirici haldır ki, dərs olmadı”.


ğ

DİGƏR XƏBƏRLƏR

Top