Nazirlikdən şərt: Federasiya nümayəndəsi də iştirak etsin


Bu gün Basketbol Federasiyasının təşkil etdiyi ölkə çempionatını boykot edən klubların nümayəndələri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

“AzTop” komandasının kapitanı Fuad Niftəliyevin verdiyi məlumata görə, onlar nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüşüblər:

“Fərid Mansurov bizi dinlədikdən sonra növbəti görüşün keçirilməsini də təklif etdi. Qeyd etdi ki, yenidən görüş keçirilsin və budəfəki görüşdə federasiyanın vitse-prezidenti Həsənağa Rzayev də iştirak etsin.

Açığı, onun iştirakından sonra narazılıqların qaydasına düşəcəyinə inamım var. O adamı o qədər də yaxından tanımasam da, Həsənağa müəllimin gəlişindən sonra nisbətən federasiyada bəzi məsələlər düzəldi”.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top