Bakı-Sumqayıt yolunda böyük tıxac


Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Yeniavaz.com saytı xəbər verir ki, yolda nəqliyyatın hərəkəti demək olar ki, iflic olub. Tıxac səbəbindən həm şəxsi avtomobilləri ilə, həm də sərnişin avtobusları işə gələnlər yollarda qalıblar.
Qeyd edək ki, sözügedən yolda illərdir tıxac probleminin həll olunması istiqamətində müxtəlif addımlar atılmasına baxmayaraq, vəziyyət düzəlməyib.

DİGƏR XƏBƏRLƏR

Top