Qaşıqçının son sözləri: Boğuluram, başımdan bu çuvalı çıxarın...

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində dedikləri məlum olub. 

Bu barədə materialı “Əl-Cəzirə” telekanalına Türkiyənin “Daily Sabah” qəzetinin müxbiri Nazif Karaman ötürüb. 

Audioyazıdan bəlli olur ki, Qaşıqçı həyatının son dəqiqələrində “Boğuluram... Bu çuvalı başımdan çıxarın, klaustrofobiyam var” sözləri deyir.  

Karaman bildirib ki, jurnalistin qətli 7 dəqiqə davam edib. Onun sözlərinə görə, tezliklə “Daily Sabah” sözügedən audioyazıdan parçaları yayacaq. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top