Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olundu


Bu gün Mingəçevir şəhərinin 70 illik yubileyi münasibəti ilə möhtəşəm bayram tədbiri baş tutub. Əvvəlcə şəhərin Dram Teatr meydanında düzənlənmiş sərgiyə baxış keçirilib. Məktəblilərin, kolleclərin, iaşə obyektlərinin, sənaye parkının məhsullarına baxış keçirilib.
Nur şəhəri Mingəçevirin nur üzlü insanları, ziyalılar, qurucular, ictimaiyət nümayəndələri, hüquq-mühafizə orqanları bayramı qeyd etmək üçün teatr meydanına axışmışlar. Yubileyi mingəçevirlilərlə birgə qeyd etməyə paytaxtdan dəyərli qonaqlarda təşrif buyurmuşdu. Şəhərin qonaqları 70 illik yubileyi böyük coşqu ilə seyr ediblər.
Tədbirim ikinci hissəsi Dram Teatrda davam edib. Yubiley münasibəti ilə çıxış edən Mingəçevir İcra Hakimiyyəti səlahiyyətlərini icra edən 1 müavin İlham İsmayılov bu gün münasibəti ilə hər kəsi təbrik edib.

Daha sonra qeyd edib ki, 1948-ci il noyabrın 11-də şəhər statusu almış, qədim yaşayış məskəni kimi tanınan, bu gün Azərbaycanın həm sənaye, həm də elmi, mədəni turizm mərkəzlərindən biri kimi tanınan doğma Mingəçevirin 70 yaşı tamam olur: "Mingəçevirin tarixini yaradanlar arasında İslam İslamzadənin, Kamran Hüseynovun, Züleyxa Həsənovanın, Sosialist Əməyi Qəhrəmanı Sarvan Salmanovun, Bəhlul Bayramovun, Yaqub Rüstəmovun adlarını xüsusi qeyd etmək lazımdır. Mingəçevir həmişə dövlətə, dövlətçiliyə sədaqətli xidməti, yüksək ehtiramı ilə fərqlənmişdi. Hamımıza məlumdur ki, bugünkü Mingəçevirin uğurlarında Azərbaycan xalqının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin çox böyük xidmətləri olub. Bu gün 70 yaşlı Mingəçevir şəhəri cənab prezidentimiz regionların inkişafına göstərdiyi qayğı, apardığı düzgün daxili və xarici siyasət nəticəsində öz inkişaf dövrünü yaşayır. Prezident Mingəçevirə 7 dəfə səfər edib. Hər gəlişində bir sıra müəssisələrin açılışını edib. Bütün mingəçevirlilər adından prezidentimizə təşəkkür edirəm”.
Mingəçevirin yubileyinə İslam İslamzadənin nəvəsi İslam İslamzadə də gəlmişdi. İslam İslamzadə çıxışında bildirib ki, babasının bu şəhərlə bağlı böyük xatirələri var:"Ona görə də bu şəhər mənə də əziz və doğmadır. Bütün mingəçevirliləri təbrik edirəm”.
Şəhərin ictimai-siyasi həyatında xidmətləri olan bir qrup şəxsə Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Daha sonra paytaxtdan gələn tanınmış müğənillərin ifasında rəngarən musiqi nömrələri səslənib. Şəhərin 70 illik yubileyi hər kəsin qəlbində xoş anlar yaşadıb.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top