Ata və 1 yaşlı oğlu öldü - Saatlıda


Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.

1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Qəza nəticəsində Ş.Qəmbərov və 1 yaşlı oğlu Rauf dünyasını dəyişib.

Faktla bağlı ərazidə araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top