Avropada sonuncu kompüter zavodu bağlanır

 
Yaponiyanın “Fujitsu” şirkəti 2020-ci ildə Almaniyanın Auqsburq şəhərində informasiyanın saxlanması üçün qurğuların və noutbukların istehsalı üzrə zavodu bağlamağa hazırlaşır. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu, Avropada kompüter istehsal edən sonuncu zavoddur.
 
Zavodun bağlanması 1500 iş yerinin ləğv edilməsinə gətirib çıxaracaq, daha 300 nəfər əlaqəli sahələrdə işlərini itirəcəklər. Hazırlama, yığma və logistika şöbələri Yaponiyaya köçürüləcək. Hazırda şirkət rəhbərliyi zavodun bağlançası nəticəsində işlərini itirəcək işçilərlə kompensiyayalar barədə danışıqlar aparır.
 
Hazırda kompüter texnikasının istehsalı üzrə əksər müəssisələr Asiyada yerləşir. “Acer” və “Asus” Tayvanda, “Lenovo” Çində, “Samsung” və LG isə Cənubi Koreyada yerləşir. ABŞ-ın kompüter texnikası istehsalçılarə “Apple”, “Dell” və HP də istehsalat zavodlarını Asiya regionunda yerləşdirməyə üstünlük verirlər.

DİGƏR XƏBƏRLƏR

Top