Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb


Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.

Bu barədə "Sinhua" agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.

"Dağıntılar altında daha 3 cəsəd tapılıb. İndi ölənlərin sayı 50-ə çatıb", – deyə o bildirib.

Bildirilir ki, hadisə zamanı daha 58 nəfər xəsarət alıb. Polis rəsmisinin sözlərinə görə, ərazidə axtarış-xilasetmə işləri hələ də davam etdirilir. 

Qeyd edək ki, terrorçular şəhərdə bir neçə partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması üzərinə götürüb.
(Report)

DİGƏR XƏBƏRLƏR

Top