İsveçdəki səfirliyimizin bağlanacağı ilə bağlı xəbərə RƏSMİ MÜNASİBƏT


"Biz hər hansı bir yerdə, o cümlədən Azərbaycanın İsveçdəki səfirliyini bağlamaq niyyətində deyilik". Bunu Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. XİN rəsmisi bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumatlar həqiqəti əks etdirmir: “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik".(report)

DİGƏR XƏBƏRLƏR

Top