Ümumi məhsulların 71%-i ölkə ərazisinin 2,5%-lik hissəsində buraxılır


Ötən il Bakı şəhəri üzrə 55 milyard 411 milyon manat dəyərində məhsul buraxılıb. Yeniavaz.com Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu ölkə üzrə qeydə alınan ümumi göstəricinin 71,4%-nə bərabər olub.
Onu da bildirək ki, paytaxt Bakının ərazisi 2,2 min kv. km-ə bərabərdir və bu, ölkə ərazisinin 2,5%-ni təşkil edir.
Rəqmlərdən də göründüyü kimi, ölkə üzrə buraxılan məhsulun 71,4%-i ölkə ərazisinin 2,5%-lik hissəsinin payına düşür.
 

DİGƏR XƏBƏRLƏR

Top