Xaçmazda maşinist qatarla toy karvanının qarşısını kəsib "şirinlik" aldı - VİDEO


Xaçmazda qeyri-adi hadisə baş verib. Yeniavaz.com a24.az-a istinadən xəbər verir ki, rayonun Qusarçay kəndindən keçən dəmir yolu xətti ilə hərəkət edən yük qatarının maşinisti toy karvanının keçdiyini görüb qatarı yolda saxlayır. Daha sonra toy sahiblərindən biri maşından düşərək qatara yaxınlaşır. Bundan sonra qatar avtomobil yolundan çəkilir və toy karvanı yoluna davam edir. Qeyd edək ki, həmin kənddə bu hadisənin adət halını aldığı deyilir. Kəndin dəmir yolunun əks tərəfindən digər tərəfinə gəlin gətirildikdə, maşinitlər qatarla yol kəsərək toy sahiblərində pul alırmış.

Qeyri-adi görüntüləri təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top