Aslanlardan qaçan 400 camış çayda boğuldu


Botsvana və Namibiya ölkələri arasındakı sərhəd ərazisində aslanlardan qaçan təqribən 400 camış Çobe çayında boğulub. Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, aslanlara yem olmamaq üçün qaçan heyvanlar girdikləri çayın dərin olması səbəbilə təşvişə düşərək bir-birilərini sıxışdıraraq boğulublar. Bölgədə yaşayan yerli sakinlər isə hadisənin baş verdiyi gün havanın buludlu olmasından səbəbindən qaranlıq olduğunu deyiblər. Onların sözlərinə görə, yüzlərlə camış ətrafını görmədiyinə görə çayda boğulub. Botsvana rəsmiləri azı 400 camışın öldüyünü açıqlayıblar. Onlar arzu edən insanlara boğulan camışların ətlərini yeməyə icazə veriblər. Camışların çoxu yeyilməsi üçün yerli sakinlər tərəfindən götürülüb.
 

DİGƏR XƏBƏRLƏR

Top