Mingəçevirdə Bayraq Günü münasibəti ilə yürüş keçirilib - FOTOLAR


Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevirdə bayram yürüşü ilə qeyd olunub. Yeniavaz.com xəbər verir ki, Şəhər İcra Hakimiyyəti və hüquq-mühafizə orqanları rəhbərlərinin, eləcə də çox sayda gənclərin və ictimaiyyət fəallarının iştirakı ilə baş tutan yürüş-aksiya Heydər Əliyev prospektindən başlayaraq, şəhərin Bayraq Meydanınadək davam edib.
Yürüş zamanı eni 7, uzunluğu 14 metr olan möhtəşəm üçrəngli Dövlət Bayrağı meydana gətirilib.
Yürüş boyu  bayrağın başlar üzərində daşınması şəhərin idmançı gənclərinə həvalə edilib. Onları əli bayraqlı digər həmyaşıdları müşayiət edib.
Daha sonra yürüş-aksiya Bayraq meydanında şənliklə davam etdirilib.
Mingəçevir şəhərinin tanınmış incəsənət xadimləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələri saatlar ərzində rəngarəng bayram proqramı ilə çıxış ediblər.
Tədbir boyu təbriklər, nəğmələr və rəqslər bir-birini əvəz edib. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top