Nazarbayev Ermənistanı yenidən dəstəkləmədi

 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə namizəd dekabrın 6-da Sankt-Peterburqda yekun olaraq müəyyənləşdiriləcək. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada jurnalistlərə deyib.
 
O bildirib: “Ermənistanın nümayəndəsi Xaçaturov geri çağırıldığına görə bizdə kolliziya əmələ gəlib. Mən hansı səbəblər olduğunu açıqlamayacağam, bu, erməni tərəfinin işidir. Bizdə əlifba sırası ilə Ermənistandan sonra Belarus gəlir”.
 
N. Nazarbayevin sözlərinə görə, Ermənistan bu vəzifəni özündə saxlamaq istəyir: “Lakin müddətin başa çatmasına bir il qalır, yeni baş katib (Ermənistandan olarsa) il ərzində hətta bütün ölkələri gəzib dolana bilməyəcək. Buna görə də Belarus nümayəndəsini təyin etmək düzgün olardı. Belə olsa, onun bu vəzifədə dolğun iş görmək imkanı yaranacaq. Lakin yekun qərar dekabrda Sankt-Peterburqda qəbul ediləcək”.
 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, KTMT-nin baş katibi vəzifəsinin səlahiyyətlərinin icraçısı dekabrın 6-dək işləməyə davam edəcək. Xatırladaq ki, Yuri Xaçaturovun baş katib vəzifəsində səlahiyyəti noyabrın 2-də dayandırılıb, o, noyabrın 4-də Ermənistana gedib.

DİGƏR XƏBƏRLƏR

Top