ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

 
ABŞ hakimiyyəti Krımın ilhaq edilməsinə və Donbassdakı vəziyyətə görə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
 
Yeni siyahıda üç fiziki şəxs və doqquz təşkilat var. Bildirilir ki, siyahıya salınmış Aleksandr Basov qondarma Luqansk Xalq Respublikası (LXR) ilə bağlıdır. Çox güman ki, söhbət “LXR-in dövlət təhlükəsizlik nazirinin müavini”ndən gedir. Siyahıya daxil edilmiş digər iki fiziki şəxs isə Andrey Suşko və Vladimir Zaritskidir. Onlar barədə əlavə məlumatlar verilmir.
 
Bundan başqa, söhbət “Ay-Petri”, “Dyulber” və “Misxor” sanatoriyalarından, “Krımteploelektrosentral” SC, “Qarant-SV” MMC, “Upravlyayuşaya kompaniya infrastrukturnıx proektov” MMC, “Yujnıy Proekt” MMC-dən, habelə “Mriya Resort & Spa” sanator-kurort kompleksindən və “LXR-in Dövlət Təhlükəsizlik Nazirliyi”ndən gedir.

DİGƏR XƏBƏRLƏR

Top