
Tovuz rayonunda qayın yeznəsini bıçaqlayıb.
Yeniavaz.com xəbər verir ki, rayon sakini, 2000-ci il təvəllüdlü Həsən Əliyev ailə münaqişəsi zəminində yeznəsi, 1994-cü il təvəllüdlü İzzət Əliyevi bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən H. Əliyev isə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Nəbiyev, Tovuz
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                