Tramp jurnalisti təhqir etdi: "Sən iyrənc bir insansan”

ABŞ Prezidenti Donald Tramp ara seçkilərdən sonra mətbuat konfransı təşkil edərək seçkini qiymətləndirib, ardından da jurnalistlərin suallarını cavablandırıb.

Tramp tez-tez CNN-nin onun haqqında davamlı mənfi və yalan xəbərlər yaydığını iddia edir. Mətbuat konfransında Tramp, CNN müxbirinin immiqrantlarla əlaqədar bir sualına əsəbiləşərək sərt cavab verib.

CNN müxbirinin bir başqa sualı soruşmaq istəməsilə kürsüdən uzaqlaşan Tramp, jurnalistin mikrofonu yerə qoyması ilə təkrar kürsüyə qayıdıb.

Tramp CNN müxbirinə, ''Sən iyrənc bir insansan, CNN üçün işləməməlisən'' deyib.

Ağ Evdə təşkil edilən mətbuat konfransında Tramp ilə gərginlik yaşayan CNN-nin müxbiri Jim Acosta, sosial mediada özünə aid Twitter hesabından açıqlama verərərk, Ağ Evə buraxılmadığını bildirib.  Acosta, "Az əvvəl Ağ Evə girişimə icazə verilmədi. Gizli Xidmət, saat 20.00-da reallaşan televiziya proqramım üçün Ağ Evə girə bilməyəcəyim barədə məni məlumatlandırdı",- yazıb. (marja)

DİGƏR XƏBƏRLƏR

Top