Ukraynada Azərbaycan vətəndaşı güllələndi


Ukraynanın Kropivnitski şəhərində Azərbaycan vətəndaşı güllələnib. 

"Noyabrın 6-da, yerli vaxtla 22:00 radələrində Verxniy Permsk küçəsində naməlum şəxslər vətəndaşa atəş açıblar. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Ölən kişinin şəxsiyyəti müəyyənləşdirilib. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır" - vilayətin baş polis idarəsinin nümayəndəsi Vitalin Bevzenko bildirib.

40 yaşlı şəxs əvvəllər azadlıqdan məhrum edilib. Həmyerlimizə iki nəfərin hücum etdiyi bildirilir.(Sputnik-Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top