Tramp növbəti seçkilərdə “sağ əli”nin kim olacağını açıqladı

 
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, vitse-prezident Maykl Pens 2020-ci ildə iki müddətə yenidən seçilmək üçün onunla birlikdə namizədliyini irəli sürəcək. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, Amerika lideri bunu Ağ evdə keçirdiyi mətbuat konfransında deyib.
 
O, jurnalistin “Tramp 2020-ci ildə Pensi seçəcəkmi” sualına cavab olaraq, zalda iştirak edən vitse-prezidentdən ayağa qalxmağı xahiş edib. Bundan sonra D. Tramp vitse-prezidentdən soruşub: “Sən mənim vitse-prezidentim olacaqsanmı?”. M. Pens ABŞ Prezidentininin sualına öz razılıqla cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top