ABŞ tarixində ilk dəfə olaraq müsəlman qadınlar Konqres seçkilərdə qalib gəliblər


ABŞ Konqresinin aşağı palatasına rekord sayda qadın seçilib.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, 90 qadın ABŞ Nümayəndələr palatasında yerini təmin edib.
Bu rəqəm əvvəlki 84 nəfər rekordunu üstələyib. Yuxarı palatada yer almış 78 qadın ABŞ Demokratik Partiyasının üzvləridir. ABŞ Nümayəndələr palatasına seçkilərin yekun nəticələri hələ bəlli deyil.
Son məlumata görə, qadın siyasətçilər Senatda da 10 yer alıblar. Bundan başqa, azı 8 qadın qubernator seçkilərində qalib gəlib. Nümayəndələr palatasına aralıq seçkilərinin nəticələrinə əsasən, ilk dəfə olaraq qadın müsəlmanlar seçiliblər.
 29 yaşlı demokrat Aleksandriya Okasio-Kortes indiyədək ABŞ Konqresinə seçilmiş ən gənc qadındır. Ayanna Pressli isə ilk afroamerikalıdır ki, Massaçuts ştatından Konqresə seçilib.

DİGƏR XƏBƏRLƏR

Top