Fransada rus milyarder saxlanıldı

 
Rusiyalı biznesmen, “Monako” futbol klubunun prezidenti Dmitri Rıbolovlev Monako knyazlığının sorğusu əsasında saxlanılıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Monako prokurorluğu onu “korrupsiya”, “ticarət təsiri” faktlarında və bu cinayətlərdə iştirakda təqsirli bilir.
 
Biznesmen Monakoda II Lui stadionunda Çempionlar Liqasının “Monako”-“Brügge” oyunundan bir neçə saat əvvəl saxlanılıb. Hazırda D. Rıbolovlev nəzarətdə saxlanılır. Rusiyalı biznesmenin Monakodakı yaşayış evində də axtarışlar aparılır.
 
Qeyd edək ki, “Forbes” jurnalı biznesmenin sərvətini 6,8 milyard dollar məbləğində qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top