Avqustundan bəri neftin qiyməti bu qədər ucuzlaşmamışdı

 
Yanvarda tədarük edilməli olan “Brent” markalı neftin 1 barelinin qiyməti noyabrın 6-da 2,5 faiz ucuzlaşaraq 71,31 dollara enib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bu barədə ICE birjasındakı məlumatda deyilir.
 
Sonuncu dəfə “Brent” neftin qiyməti cari ilin avqust ayında 72 dollardan aşağı düşüb. Noyabrın 5-də ABŞ İran neftinin ixracına qarşı sanksiyalar tətbiq etdikdən sonra neftin qiyməti azalıb. “Brent” markalı neftin 1 barelinin qiyməti 72,64 dollara, WTI markalı neftin qiyməti isə 63,69 dollara enib.

DİGƏR XƏBƏRLƏR

Top