Astaradan İrana qayıqla narkotik keçirmək istədilər


İrandan dəniz yolu ilə narkotik gətirmək istəyən şəxs saxlanılıb. Yeniavaz.com Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, noyabrın 4-ü saat 15:25 radələrində Astara rayonu Şahağacı kəndi istiqamətində İrandan Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkar edilib.

Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanıb və İran sularına doğru geri üzüb. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarətə götürülüb. 2018-ci ilin 5 noyabr tarixində saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinatlarda suya keçirilən baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top