Bakıda 12,5 min manata 50 kv. metr obyekt satılıb


Noyabrın 6-da dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracı keçirib. Yeniavaz.com Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki,  bu gün özəlləşdirilən əmlaklar paytaxtla yanaşı, Ağdaş və Gəncə şəhərlərində yerləşir. 

Xidmət sahəsində fəaliyyətə imkan verən belə obyektlərdən biri Bakının Xətai rayonu, S.Senyuşkin küçəsindədir. Ümumi faydalı sahəsi 49.9 kv.m olan bu dövlət əmlakı üçün 2 vətəndaş sifariş verib, hərracda 12 min 500 manat təklif edən iştirakçı qalib olub. 

Digər bir iaşə obyekti kimi istifadəyə imkan verən əmlak Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 15.1 kv.m-dir.

Bu dəfə özəlləşməyə çıxarılan nəqliyyat vasitələrindən biri olan Fiat Doblo markalı avtomobil olub və  , bu avtomobilin hərracında vətəndaş son qiymət olaraq 3 min 500 manat təklif etdi.

Qeyd edək ki, 13 noyabrda növbəti hərrac təşkil ediləcək. Bu hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir. 


 

DİGƏR XƏBƏRLƏR

Top